Arannews- Dünyada neft qiymətlərinin aşağı düşməsi fonunda Səudiyyə rejimi ölkә vətəndaşlarına təqdim etdiyi imtiyazları ləğv edir.bununla Səudiyyə hökuməti 30 milyard dollar qənaət etməyi planlaşdırır. Bu barədə məlumatı Səudiyyə şahzadəsi Məhəmməd bin Salman verib. Bundan əvvəl Səudiyyə əhalisinə, elektrik enerjisi, yanacaq və digər sosial proqramlar üzrə imtiyazlar təqdim edilirdi.
Qeyd edək ki, bir müddәt əvvəl Səudiyyə höküməti su, işıq və benzinin qiymətini qaldırıb. Bu isə Səudiyyə əhalisi arasında ciddi narazılığa səbəb olub.