Tarix : 2016 Apr 22
Kod 48575

Azərbaycan ordusunda Kəşfiyyatçı qadınlar

Hazırda Azərbaycanin Silahlı Qüvvələrində “ leytenant”, “baş leytenant”, “kapitan”, “mayor”, “polkovnik-leytenant” və “polkovnik” hərbi rütbəsi daşıyan qadın hərbi qulluqçular xidmət edir.”
AranNews- Müdafiə Nazirliyindən verilən məlumata görə, qadınlar Azərbaycan Respublikası Silahlı Qüvvələrində ordumuzun yarandığı tarixdən günümüzə qədər xidmət edirlər.
“Qadınların hərbi xidmət keçməsi «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə ilə tənzimlənir və könüllü surətdə həyata keçirilir. Qadınlar Azərbaycan Respublikası Silahlı Qüvvələrində ordumuzun yarandığı tarixdən günümüzə qədər xidmət edirlər.
Hazırda Silahlı Qüvvələrdə zabit, gizir, çavuş və əsgər vəzifələrində təqribən min nəfərə yaxın qadın hərbi qulluqçu xidmət edir.
Qadınlar Silahlı Qüvvələrdə müxtəlif - tədris, tibb, kadr, artilleriya, arxa cəbhə, beynəlxalq hərbi əməkdaşlıq, kəşfiyyat və digər sahələrdə hərbi xidmət keçirlər.
Hazırda Silahlı Qüvvələrdə “ leytenant”, “baş leytenant”, “kapitan”, “mayor”, “polkovnik-leytenant” və “polkovnik” hərbi rütbəsi daşıyan qadın hərbi qulluqçular xidmət edir.”
  • Yazılıb
  • da (də) 2016 Apr 22
  • Göndərən مدير سايت Aran News