Cənab prezident, siz ailəlikcə hacısınız, rəhmətlik atanız da hacı idi. Sizin, bu mövzuda daha diqqətli olacağınıza güman edirik.
AranNews- Bakıda yerləşən “Şəhidlər” məscidində təmir işləri başa çatıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məscidə gələrək burada aparılan təmir-bərpa işləri ilə tanış olub.
QMİ tərəfindən məscidə axund və imam təyin olunub.
“Şəhidlər” məscidinin imamı bildirib ki, burada hələ camaat və cümə nazmazları qılınmayacaq: “Məscid təmir-bərpa işlərindən sonra istifadəyə verilib. Lakin hələlik azan verilməyəcək, cümə və camaat namazları qılınmayacaq. Fərdi qaydada kim istəsə məscidi ziyarət edə və namaz qıla bilər. Məscid səhər saat 9-dan axşam saat 18.00-dək açıq olacaq”.
Xatırladaq ki, “Şəhidlər” məscidi 2009-cu ildə təmirə bağlanmışdı.
Əgər bir müsəlman ölkəsində məscidlərin işıqlarını kəsirlərsə, aylıq 2-3 manata görə məscidlərə elektrik sayğacları quraşdırılırsa həmin ölkədə Allah sevgisindən danışmağa dəyərmi?
Cəlilabad ASC-ya təyin olunmuş rəis Aydın Məmmədovun əslən ən dindar rayonlardan biri- Lerik rayonundan olsa da, özünü Şümürdən də (Şümür imam Hüseynin başını kəsən ən qəddar insan) qəddar, ən qatı islam düşməni kimi aparır.
Nədənsə bu zalım oğlu Aydın Məmmədovun "Allahu Əkbər” sözünə, azan səsinə qarşı alergiyası var. Gözünə harada məscid dəyirsə düşüb hamısının işıqlarını kəsir.
Görəsən bütün Qafqazın şeyxi eşitsə bu işə necə baxar?
Biz, Vatikana məktub yazıb Roma Papasına belə bir sual verəcəyik.
Ey xristian aləminin müqəddəs Papası, sizdə də kilsələrin işıqlarını kəsib Cəillabadda olduğu kimi, Allahın evini qaranlıqda qoyurlar?
P.S. Allahın evini qaranlıqda qoyanın evini Allah qaranlıqda qoysun.
Qoy Allahı sevməyən, Allahın evinə hörmət etməyən adamın cəzasını Allah özü versin.
Çünki ən ədalətli hakim Allahdır.