Yan Yambon: "ölkədə bir sıra müsəlmanlar Brüssel terror aktını sevinclə qarşılayıb, şadlanıblar"
Arannews- Belçikanın daxili işlər naziri Yan Yambon iddia edib ki, ölkədə bir sıra müsəlmanlar Brüssel terror aktını sevinclə qarşılayıb, şadlanıblar.
Bu iddanın ardından Belçka parlamentinin deputatları ondan tələb ediblər ki, iddiasını isbat etmək üçün dəlil və faktlar ortaya qoysun .
Belçikada yerlşən İslam Mədəiyyət Mərkəzlərindən biri də daxili işlər nazirinin bu iddiası ilə bağlı məhkəməyə şikayət ərzəsi verib.
Belçika parlamentinin müxalifət franksiyasına mənsub millət vəkillərindən biri bu barədə deyib: Hökumət üzvlərindən heç kəsin müsəlmanları təhqir etməyə haqqı yoxdur.