Tarix : 2016 Apr 23
Kod 48583

BƏT Nigeriya hökumətini şiələri qətliam etməkdə suçladı

Beynəlxalq Əfv Təşkilatı Nigeriya ordusunun 2015-ci ildə şiələrin qətliamı zamanı törətdiyi cinayətlərin üstünü açdı.
Arannews- "Amnesty International" beynəlxalq hüquq-müdafiə təşkilatı Nigeriya ordusunun 2015-ci ildə şiələrin qətliamı zamanı törətdiyi cinayətlərin üstünü açdı.  
"Amnesty International"  öz hesabatında bəyan edir ki, Nigeriya hərbçiləri ölkədə fəaliyyət göstərən İslam Hərəkatı icmasının sıralarında qadın və uşaqların da olduğu 350 üzvünü güllələyərək yandırıb və gizli şəkildə dəfn ediblər.
"Amnesty International"  öz hesabatında  kütləvi məzarlıqların peykdən çəkilmiş  şəkillərini də əlavə edib. 
Hadisə ötən ilin dekabrında ölkənin şimalında yaranan münaqişə zamanı baş verib.
Bildirilir ki, ordu bölmələri məhəllələri mühasirəyə alıb və bilərəkdən icma üzvlərini atəşə tutub.
Şahidlərin sözlərinə görə, əsgərlər atışmadan sonra yaralanan şəxslərin olduğu xəstəxanaya hücum edərək oranı yandırıblar. Sonradan bir neçə yük maşını meyitləri oradan götürüb və onlar kütləvi məzarlarda dəfn olunublar.
"Amnesty International"ın məlumatına görə, məzarlıq Kaduna şəhəri yaxınlığındakı Mando rayonu ərazisindədir.
Bu hesabat 2016-cı ilin  fevral ayında araşdırma aparıb.  92 nəfərlə o cümədən hadisə şahidləri,  yaralılar, onların ailələri , vəkillər və   həkimlərlə söhbətlər aparıb.


  • Yazılıb
  • da (də) 2016 Apr 23
  • Göndərən مدير سايت Aran News