Tarix : 2016 Apr 23
Kod 48586

BMT-nin Suriya üzrə müzakirələri heç bir uğur qazanmayıb

Vael Əl-Həqqi Birləşmiş Millətlər Təşkilatını tənqid edib.
Arannews- Suriyanın baş naziri deyib: BMT-nin Suriya üzrə müzakirələri heç bir uğur qazanmayıb, bunun səbəbi isə, BMT-nin müxaliflərin müzakirəçilərinin baş komitəsi yaxud Ərrəyad heyəti ilə əməkdaşlıq etməsi və digər heyətlərlə ciddi əməkdaşlıq aparmamasıdır.
Vael Əl-Həqqi deyib: Terrorçu qruplar və onların himayədarları Suriya dövlətinin və Suriya qurumlarının mühafizə olunmasını istəmirlər.
Suriyanın baş naziri xatırladıb ki, Suriya ordusu təkfirçi İŞİD terrorçuları ilə müharibədə dönüş nöqtəsinə çatıb.
İsveçrənin Cenevrə şəhərində BMT-nin vasitəçiliyi ilə Suriya böhranının həlli üzrə müzakirələrə aprelin ortalarından start verilib.
Suriyada böhran 2011-ci ildə, Amerika və onun müttəfiqləri, o cümlədən Səudiyyə Ərəbistanı, Qatar və Türkiyənin himayə etdikləri terroçu qrupların Suriyanın qanuni hökumətini devirmək üçün hücuma keçmələrindən sonra başlanıldı.


  • Yazılıb
  • da (də) 2016 Apr 23
  • Göndərən مدير سايت Aran News