Tarix : 2016 Apr 23
Kod 48589

Suriya ordusu çoxlu sayda terrorçunu məhv edib

Suriya hərbi hava qüvvələri İŞİD terror təşkilatının konvoyuna zərbələr endirib, onlarla terrorçu öldürülüb.
Arannews- Suriya ordusu hərbi hava qüvvələrinin son 24 saat ərzində Palmirada keçirdiyi əməliyyatlar nəticəsində onlarla terrorçunun zərərsizləşdirildiyi bildirilib.
İntensiv uçuşlar həyata keçirən Suriya hərbi hava qüvvələri Homsda və Tədmurda İŞİD terror təşkilatının konvoyuna zərbələr endirib, onlarla terrorçu öldürülüb. Döyüş avadanlıqları isə məhv edilib. Dəməşq yaxınlığında  20 İŞİD üzvü öldürülüb.
Hələb və Dərada ordu qüvvələri ilə “Nusra Cəbhəsi” arasında qarşıdurma baş verib. Toqquşçmalar zamanı terrorçular canlı qüvvə və texnika cəhətdən itkilər verib.


  • Yazılıb
  • da (də) 2016 Apr 23
  • Göndərən مدير سايت Aran News