Tarix : 2016 Apr 23
Kod 48590

İraq ordusu 200 nəfəri İŞİD-in əsirliyindən azad edib

İraq ordusu və Neynəva Əməliyyatlar Komandanlığı Mosulda 200 nəfəri İŞİD-in əsirliyindən azad edib.

Arannews- İraq ordusu və Neynəva Əməliyyatlar Komandanlığı Mosulun cənub-şərqində yerləşən əl-Həc və Məhənna kəndlərində keçirilən əməliyyatlar zamanı 200 nəfəri İŞİD-in əsirliyindən azad edib.

İraq ordusuna məxsus döyüş təyyarələrinin neftlə zəngin Bəyci və Səlahəddin bölgəsinin yaxınlığındakı İŞİD mövqelərinə zərbələr endirdiyi bildirilib. Əməliyyatlar zamanı onlarla terrorçunun öldürüldüyü açıqlanıb.


  • Yazılıb
  • da (də) 2016 Apr 23
  • Göndərən مدير سايت Aran News