İraq ordusu və Neynəva Əməliyyatlar Komandanlığı Mosulda 200 nəfəri İŞİD-in əsirliyindən azad edib.
Arannews- İraq ordusu və Neynəva Əməliyyatlar Komandanlığı Mosulun cənub-şərqində yerləşən əl-Həc və Məhənna kəndlərində keçirilən əməliyyatlar zamanı 200 nəfəri İŞİD-in əsirliyindən azad edib.
İraq ordusuna məxsus döyüş təyyarələrinin neftlə zəngin Bəyci və Səlahəddin bölgəsinin yaxınlığındakı İŞİD mövqelərinə zərbələr endirdiyi bildirilib. Əməliyyatlar zamanı onlarla terrorçunun öldürüldüyü açıqlanıb.