Tarix : 2016 Apr 24
Kod 48596

İrandan Azərbaycanlı investorlara muraciət

Tanınmış İran şirkətinin baş direktoru Azərbaycanlı investorlara Əməkdaşlığ haqqinda muraciət edib.
AranNews-  “Hazırda üzərində işlədiyimiz layihələrin icrası ilə İranın maye qaz istehsalı potensialı mövcud 3 milyon tondan 6 milyon yarım ton həcminə qədər artacaq”.
Bunu eksklüziv açıqlamasında “Xəlic Fars” neft-kimya sənayesi və ticarəti şirkətinin baş direktoru Məhəmməd Hüseyn Kakuyinejad deyib.
O qeyd edib ki, “Xəlic Fars” neft-kimya şirkəti hazırda ildə 24 milyon ton müxtəlif növ neft-kimya məhsulları istehsal etmək potensialına malikdir.
M. Kakuyinejad bildirib ki, hazırda İranın maye qaz istehsalının 80 faizini “Xəlic Fars” neft-kimya şirkəti həyata keçirir.
““Xəlic Fars” neft-kimya şirkəti Yaxın şərq ölkələri arasında ən böyük neft-kimya şirkətidir. İranda isə yeganə şirkətdir ki, birjada satış həyata keçirir. Bizim şirkət Azərbaycana məhsullarını ixrac etməyə çox önəm verir", – deyə Kakuyinejad bildirib.
M. Kakuyinejad deyib ki, hazırda “Xəlic Fars” neft-kimya şirkəti metanol və etilen-polietilen istehsalı zavodu tikir: "Azərbaycanlı investorları bu zavodların tikintisində sərmayə yatırmağa dəvət edirik. Onlar sərmayə yatırmaqla Azərbaycanın bu məhsullara olan ehtiyacını elə bu zavodlardan təmin edə bilərlər. Biz dost və qardaş olan Azərbaycanla bütün sahələrdə, xüsusilə neft-kimya məhsulları sahəsində əməkdaşlıq etməyə hazırıq”.
Onun sözlərinə görə, hazırda Azərbaycanın daha çox polimer məhsuluna tələbatı var: “Düşünürəm yaxın gələcəkdə daha yaxşı, keyfiyyətli və təşkilatlanmış formada bu məhsulun Azərbaycana ixracı təmin olunacaq”.
  • Yazılıb
  • da (də) 2016 Apr 24
  • Göndərən مدير سايت Aran News