Əbu Hüseyn kimi tanınan Macid Hüseyn əl-Sədiq Əhraruş-Şam qruplaşmasının başçısı, üç nəfərlə birlikdə öldürülüb.
Arannews- Əhraruş-Şam terror qruplaşmasının hərbi başçısı Suriyanın şimal-qərbində yerləşən İdlib vilayətində kamikadze əməliyyatında 3 terrorçu ilə birlikdə öldürülüb.Əbu Hüseyn kimi tanınan Macid Hüseyn əl-Sədiq Suriyada Əhraruş-Şam qruplaşmasının hərbi başçılığına təyin olunmazdan öncə, bu qruplaşmada bir neçə vəzifəyə malik idi.
Suriya İnsan Haqları Gözətçisi Təşkilatı bildirib: Motorsikletli naməlum şəxs Əhraruş-Şam qərargahına gəlib və bu qruplaşmanın üzvləri arasında daxil olub. Sonra üzərindəki partlayıcı qurğunu işə salıb. Nəticədə Əhraruş-Şam qruplaşmasının başçısı, üç nəfərlə birlikdə öldürülüb.
Suriyada terror qruplaşmalarının güclü ixtilafları vardır. Bu qruplaşmaların arasında qanlı toqquşmalarla bağlı dəfələrlə məlumatlar verilib.