Əl-Nüsrə Cəbhəsi terror qruplaşmasına bağlı 80 terrorçu Türkiyə sərhədindən keçərək İdlib vilayətinə daxil olub.
Arannews- Rusiya Müdafiə Nazirliyi Türkiyə vasitəsi ilə əl-Nüsrə Cəbhəsi terror qruplaşmasının 80 terrorçusunun Suriyaya daxil olduğunu bildirib.Rusiya Müdafiə Nazirliyi bildirib: Əl-Nüsrə Cəbhəsi terror qruplaşmasına bağlı 80 terrorçu Türkiyə sərhədindən keçərək İdlib vilayətinə daxil olub.
Suriyada böhran 2011-ci ildən quruluşun devrilməsi məqsədilə ABŞ və müttəfiqləri, o cümlədən Ərəbistan, Qətər və Türkiyənin dəstəklədiyi terror qruplaşmalarının irimiyqaslı hücumları ilə başlandı. Bu böhrandan 5 il keçsə də, Suriya dövləti və xalqı öz quruluşunu qorumuşdur.