Aprelin 24-də Tehranda ermənilər qondarma soyqırım ilə bağlı kilsələrdə aksiya keçiriblər.
AranNews- bir qrup erməni qondarma “soyqırm” ilə bağlı Türkiyənin Tehrandakı səfirliyi qarşısında mitinq keçirməyə, şüarlar səsləndirməyə çalışıblar.
Lakin İran hüquq-mühafizə orqanları tez bir zamanda bunun qarşısını alıb. Nəticədə ermənilər Tehranda və İranın bir neçə şəhərində yerləşən kilsələrdə toplantı keçiriblər.