Səlahəddin Demirtaş Türkiyə dövlətinin İŞİD terror qrupu ilə mübarizəyə səy göstərməməsini tənqid edib.
Arannews- Türkiyə kürdlərinin tabeliyində olan partiyanın lideri Türkiyə dövlətini İŞİD terror qrupu ilə mübarizə üçün "qətiyyətli" və "proqramlaşdırılmış" səy göstərməməsinə görə, tənqid edib.
Türkiyədə Xalqların Demokratik Partiyasının lideri Səlahəddin Demirtaş bu partiyanın İzmir şəhərində keçirilən qurultayında İŞİD terrorçularının Suriya ərazisində yerləşdikləri məkanlardan Türkiyənin Kilis vilayətinə qarşı raket hücumlarının artmasına toxunaraq, deyib: Türkiyə başçıları mübarizə təqdirində İŞİD-in iki tərəfin həmkarlığı haqda "təhlükəli sirlər"i ifşa etməsindən nigarandırlar.
Qeyd edək ki, son həftələrdə Türkiyənin sərhəd Kilis vilayəti dəfələrlə Suriya ərazisindən atılan raketlərin hədəfinə çevrilibdir.