Tarix : 2016 Apr 26
Kod 48612

səudiyyə ərəbistan Yəmən müzakirələrində ciddi deyil

Ərəbəsitanın Küveytdə cərəyan edən müzakirələrdəki nümayəndə heyəti atəşkəsin möhkəmləndirilməsi və əsas mövzular barədə danışıqlardan yayınaraq, müzakirələri kənar məsələlərə doğru sövq etdirməyə çalışır.
Arannews- Küveytdə cərəyan edən müzakirələrdə iştirak edən Yəmən nümayəndə heyəti Ərəbistanın danışıqlarda ciddi olmadığını vurğulayıb.
Yəmənin nümayəndə heyətinin üzvü Həmid Rizq bildirib ki, Ərəbəsitanın Küveytdə cərəyan edən müzakirələrdəki nümayəndə heyəti atəşkəsin möhkəmləndirilməsi və əsas mövzular barədə danışıqlardan yayınaraq, müzakirələri kənar məsələlərə doğru sövq etdirməyə çalışır.
Müzakirə tərəfləri arasında birbaşa danışıqların aparıldığına işarə edən Rizq Ərəbistanın hələ də Yəmənə qarşı hücumlarını dayandırmadığını və öz bombardmanlarını davam etdirdiyini bildirib.
Yəməndə atəşkəs 10 aprel tarixindən qüvvəyə minsə də, Ərəbistan öz hücumlarını dayandırmır və atəşkəsi pozmaqda davam edir.
Küveytdə yəmənli qruplar arasında sülh müzakirələri BMT-nin nəzarəti altında 21 aprel tarixində start götürüb.


  • Yazılıb
  • da (də) 2016 Apr 26
  • Göndərən مدير سايت Aran News