erməni işğalı altında olan bölgələrdə, silahlılar Azərbaycanın mövqelərinə və mülki əhalinin yaşadığı məntəqələrə atəş açır.
AranNews- İlkin məlumata görə, Azərbaycanın erməni işğalı altında olan bölgələrindən düşmən silahlıları mövqelərimizə və mülki əhalinin yaşadığı məntəqələrə atəş açır. Düşmənə layiqli cavab verilir. Tərtər-Ağdam istiqamətində hər iki tərəf ağır artilleriyadan istifadə etməklə, döyüş aparırlar.
Sosial şəbəkələrdə də bölgələrdə yaşayan tanınmış fəallar şiddətli atışmaların başlanması barədə statuslar yazırlar.
Döyüş saat 01 radələrində ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması ilə başlayıb, hazırda da davam edir. Hərbi toqquşma və itkilərlə bağlı hələlik məlumat yoxdur.
bu gün Ermənistan prezidenti Sərkisyan sülh danışıqlarını dayandırdıqlarını bəyan etmişdi. O, demişdi ki, Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə “istənilən an” başlaya bilər və münaqişənin nizamlanmasına dair danışıqların perspektivi çox azdır.