Tarix : 2016 Apr 26
Kod 48621

İran XİN: Qarabağ münaqişəsi beynəlxalq təşkilatlar və ATƏT-in Minsk qrupu çərçivəsində həll olunmalıdır

Hüseyn Cabiri Ənsari: Həmişə demişik ki, regionda mövcud qarşıdurmaları nəzərə alsaq, bölgədə yeni münaqişələr qeyri-sabitliyin daha da geniş formada yayılmasına səbəb olacaq.
AranNews- Dağlıq Qarabağda vəziyyət gərginləşdiyi andan vəziyyəti sakitləşdirmək üçün hər iki tərəflə əlaqə saxlamaq və görüşlər təşkil etməklə məsələni diplomatik yolla həll etməyə çağırdıq.
bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari deyib.
“Həmişə demişik ki, regionda mövcud qarşıdurmaları nəzərə alsaq, bölgədə yeni münaqişələr qeyri-sabitliyin daha da geniş formada yayılmasına səbəb olacaq. Terrorçuluq və radikalizm böhranı geniş yayılır və bütün ölkələrin probleminə çevrilib. Düşünürük ki, Azərbaycanla Ermənistan arasındakı böhran tezliklə həll olunmalı, iki ölkə arasında sülh əldə edilməlidir”, - deyə o vurğulayıb.
H. Ənsarinin sözlərinə görə, İran Qarabağ münaqişəsinin həllində vasitəçilik etməyə hazır olduğunu dəfələrlə bildirib: “Münaqişə tərəfləri istəsə, vasitəçilik etməyə hazırıq. Mövcud şəraitdə düşünürük ki, münaqişə beynəlxalq təşkilatlar və ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə həll olunmalıdır”.
BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda İranın XİN başçısı Məhəmməd Cavad Zərifin iştirak edib-etməyəcəyinə gəldikdə isə H. Ənsari bildirib ki, Zərifin səfər qrafiki sıx olduğu üçün Bakıda keçiriləcək foruma İran prezidentinin müavini, ölkənin mədəni irs və turizm təşkilatının sədri Məsud Sultanifər qatılacaq.
  • Yazılıb
  • da (də) 2016 Apr 26
  • Göndərən مدير سايت Aran News