Tarix : 2016 Apr 27
Kod 48622

Səudiyə qiricilari Yəməndə atəşkəsi pozmağa davam edir

Səudiyyə rejiminin döyüş təyyarələrinin Sənaya təşkil etdiyi hücumda mülki vətəndaşlar şəhid olub.
Arannews- Səudiyyə rejiminin döyüş təyyarələri Yəməndə atəşkəsi pozmağa və bu ölkənin müxtəlif yerlərini bombalamağa davam edir.
Səudiyyə rejiminin döyüş təyyarələrinin Yəmənin paytaxtı Sənanın Nəhm rayonuna təşkil etdiyi hücumda 3 mülki vətəndaş şəhid olub.
 Digər tərəfdən, Yəmən xalqı və ordu birlikləri Sənanın Asilan rayonunda hərbi bazalara hücuma keçən Səudiyyənin muzdlu əsgərlərini geri çəkilməyə məcbur edib. Əməliyyatda bir neçə Səudiyyə muzdlusu da məhv edilib.
Yəmən mənbələri həmçinin, Səudiyyə muzdlu əsgərlərinin ölkənin cənubundakı Taizz əyalətinə Əl-Vazeiyə rayonunu yenidən işğal etmək üçün çalışdığını bildirir.
Səudiyyə döyüş təyyarələri Saada əyalətinin Razah bölgəsini də bombardman edib.

  • Yazılıb
  • da (də) 2016 Apr 27
  • Göndərən مدير سايت Aran News