Tarix : 2016 Apr 27
Kod 48625

“Kommersant” Sarkisyanın danışıqlardan qaçmasının sirlərini açdı

Rusiyanın nüfuzlu və indiyə qədər Qarabağ nizamalanması prosesinin bir çox detallarını açıqlayan “Kommersant” qəzeti “Ermənistan Qarabağla danışıqlara getmir” başlıqlı növbəti məqalə dərc edib.
AranNews- Məqalədə qeyd olunur ki, Lavrov doğurdan da, Yerevana son səfəri zamanı beynalxalq vasitəçilərə razılaşdırılımış ATƏT-in təklif etdiyi “Madrid prinsipləri”nin yenilənmiş versiyasını təqdim edib. Amma bu səfərdən iki gün sona Ermənistan prezidentinin “Blumberq” agentliyinə müsahibəsi göstərib ki, Yerevan danışıqlara hazır deyil.
“Kommersant” qeyd edib ki, Yerevanın bu davranışına baxmayaraq Bakı danışıqlara hazır olduğunu nümayiş etdirir.
«Kommersant” qəzeti Ermənistan Müdafiə Nazirliyində generalların istefaya göndərilməsi ilə bağlı da maraqlı məlumatlar verib. Qəzet Rusiya Müdafiə Nazirliyinə yaxın mənbələrə istinadla xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyindəki istefalar Dağlıq Qarabağdakı son hadisələrlə birbaşa əlaqəlidir. General Arşak Karapetyan onun tabeliyində olanların rəhbərliyə Azərbaycanın təmas xəttinə ağır silahların (xüsusən TOS-1A sistemlərinin) gətirməsini əvvəlcədən məlumat verə bilməməsi ilə əlaqədar vəzifədən uzaqlaşdırılıb. Bu sistemlərin işə salınması erməni hərbi qulluqçularının böyük itkilər verməsinə səbəb olub.
Bundan başqa Qarabağ xəstəxanalarında yanıqların müalicəsi üçün vasitələr olmayıb. Ona görə, yanıq əleyhinə vasitələri təcili olaraq Moskvadan gətirmək lazım olub.
«Kommersant”-ın məlumatına görə general Alik Mirəzəbekyanı hərbi qulluqçuların təchizatında buraxılmş səhvlərə görə vəzifədən çıxarıblar, Komitas Muradyan isə hərbi əməliyyatların başalmasından sonra orduda yaranmış problemlərə görə istefaya göndəriblər.
Qəzet yazır ki, Kreml hələ ki, Yerevanın mövqeyini şərh etimir.  Bazar ertəsi prezident Putinin mətbuat katibi Qarabağ ətrafında yaranmış vəziyyətlə bağlı yalnız “Qarabağ ətrafındakı vəziyyət çox kövrəkdir” deməklə kiafyətlənib.
“Kommersant” qeyd edir ki, Yerevanın Dağlıq Qarabağdakı indiki status-kvonu saxlamağa çalışması və heç bir mübadiləyə getməməsi, onun başlıca starteji müttəfiqi Rusiyanı çox çətin vəziyyətdə qoyur. Bu Moskvanın təşəbbüsü ilə başlayan danışılqar prosesinin perspektivini sual altında qoyur.
“Moskva və Yerevan arasındakı münasibətlər quyruğun itə təsir göstərməsi vəziyyətinə bənzəyir. Amma fikirləşmək lazım deyil ki, SSRİ zamanında olduğu kimi Moskva kəndirləri dartaraq keçmiş sovet respublikalarının liderlərini tam nəzarətdə saxlayır.  Bu liderlərin aşmağı qeyri-mümkün hesab etdikləri “qırmızı xəttlər” barədə öz təsəvvürləri var” – deyə “Kommersant”-a açıqlamasında Serj Sarkisyanın mövqeyini şərh edən politoloq Sergey Markedonov bildirib.
Ekspertin fikirincə, Serj Sarkisyanın son bəyanatları aprelin əvvəlindəki hərbi əməliyyatlarda itkilərdən sonra cəmiyyətin əvvəlki vaxtla müqayisədə daha radikal əhval-ruhiyyədə olması,  güzəştlərə getməyə hazır olmaması ilə  şərtlənib: “Bu vəziyyətdə isə siyasətçi danışıqlara razılıq verərək intihara getməyəcək. Sülh prosesinin bərpası üçün güclü motivasiya alzımdır. Bu isə hələlik yoxdur”.
  • Yazılıb
  • da (də) 2016 Apr 27
  • Göndərən مدير سايت Aran News