Tarix : 2016 Apr 27
Kod 48628

Türkiyə terrorçularla mübarizə apara bilmir

Vladimir Putin Türkiyənin bölgə ölkələrindən gələn terrorçuların Suriyaya daxil olmasının qarşısını ala bilmədiyini açıqlayıb.
AranNews- Rusiyada bir forumda çıxış edən Putin, “Türkiyə hökuməti terrorçularla mübarizə apara bilmir. Sanki daha çox onlarla əməkdaşlıq edir", - deyərək məsələyə münasibət bildirib.
Putin bundan əlavə Türkiyə-Rusiya əlaqələrinin pisləşməsində də səbəbkarın qarşı tərəf olduğunu vurğulayıb.
Forumda turizmlə bağlı sualları cavablandıran Rusiya Federasiyasının dövlət başçısı terror səbəbilə vətəndaşlarının Türkiyəyə getməməsi üçün bir daha xəbərdarlıq edib.

  • Yazılıb
  • da (də) 2016 Apr 27
  • Göndərən مدير سايت Aran News