Arannews- Bəhreyndə repressiyalar davam edir.
Ali-Xəlifə rejimi son bir həftədə 15 dinc aksiyanı zor tətbiq edərək əzdi.Bəhreyn İnsan Haqları Mərkəzinin verdiyi məlumata görə, Ali-Xəlifə rejiminə bağlı qüvvələrin ötən bir həftə ərzində 15 etiraz aksiyasını güc tətbiq edərək, dağıdıblar.
Bəhreyn İnsan Haqları Mərkəzi bir hesabat yayaraq, bildirib: Ali-Xəlifə rejiminə bağlı qüvvələr öz müxaliflərini kəskin formada repressiya edərək, sadəcə ötən bir həftə ərzində 15 etiraz aksiyasını güc tətbiq edərək, dağıdıblar.
Bu məlumatda həmçinin deyilir: Bəhreyn xalqının sivil etiraz aksiyası təhlükəsizlik qüvvələri tərəfindən gözyaşardıcı qazdan istifadə edilərək, dağıdılıb.
Manama rəsmiləri etiraz aksiyalarını repressiya etməklə insan haqları ilə bağlı beynəlxalq hüquq normaları və konvensiyaları aşkar və kobud şəkildə pozurlar.
Bəhreyn İnsan Haqları Mərkəzi bundan öncə də Müdafiə Nazirliyinin təhdidlərinə reaksiya olaraq dünya ictimaiyyətindən Ali-Xəlifə rejiminə təzyiqlərini artırmasını istəmişdi.
Bəhreynin Müdafiə Nazirliyi son günlər bir bəyanat yayaraq, bu ölkə xalqının inqilabçı hərəkətini fitnə və terrorizm adlandırmış və bildirmişdi ki, var gücü ilə bunun qarşısını alacaq.
Bunun müqabilində Bəhreynin inqilabçı hərəkatları öz tələblərinə nail olacaqları zamana kimi mübarizə meydanını tərk etməyəcəklərini bildiriblər.