Rus politoloq: Yaxın vaxtlarda cəbhə xəttində genişmiqyaslı hərbi əməliyyatların başlayacağını gözləmirəm.
AranNews- Rusiyali tanınmış diplomat və politoloq Sergey Markov bildib ki, bunun əsas səbəbi hazırda bir çox böyük dövlətlərin, o cümlədən Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə cəlb olunmasıdır.
Ermənistan Prezidenti Serj Sərkisyanın danışqlardan imtina etməsinə və onun son çıxışlarına da toxunan rus politoloq qeyd edib ki, Sarkisyanın bu cür çıxış etməsi Rusiyaya hesablanan addımdır:
“Son hərbi əməliyyatlar zamanı verilən itkilər Sərkisyanı çətin vəziyyətə salıb. O, öz vətəndaşlarına yaranmış vəziyyəti izah edə və qəbul etdirə bilmir. Son hadisələrdən sonra həm Azərbaycanda, həm də Ermənistan ictimaiyyətində vətənpərvərlik hissləri artıb.Ona görə də Ermənistan ictimaiyyəti danışıqlar müstəvisində olan bir neçə rayonun qaytarılması təklifini nizə ilə qarşılayır. İndiki halda torpaqların geri qaytarılması təklifini Ermənistan ictimaiyyətinə qəbul etdirmək çox çətindir.
Son hadisələr Serj Sərkisyanı Azərbaycana güzəştə getməyə məcbur etsə də, ancaq o, bunu öz ölkəsinin əhalisinə qəbul etdirməkdə çətinlik çəkir”.