“European Tobacco Baku”nun bir qrup səhmdarı Prezident Administrasiyasının (PA) qarşısında aksiya keçiriblər.
AranNews- Azərbaycan bayrağı və eks-prezident Heydər Əliyevin şəkilləriylə Prezident Administrasiyasının önünə toplaşan şikayətçilər şirkətin direktoru, deputat Rüfət Quliyevdən narazıdırlar. Onların sözlərinə görə, 110 səhmdar işdən çıxarılıb.
“1999-cu ildən səhmdarıq. Rüfət Quliyevi biz direktor seçmişik. Hər il səhmdarların bir qismi işdən uzaqlaşdırılıb. Biz o şirkətdə canımızı qoymuşuq, ancaq iş vermirlər”.
Bu sözləri səhmdarlardan Gülarə Cəlilova açıqlamasında deyib.
Şikayətçilər bildirir ki, illərdi dövlət idarələrinə etdikləri müraciətlərinə heç bir cavab verilmir.