Tarix : 2016 Apr 27
Kod 48632

Rusiya, Türkiyə sanksiyalarıni aradan qaldırmağa hazırdır

Rusiya Türkiyənin kənd təsərrüfatı məhsullarına tətbiq edilən sanksiyaları aradan qaldırmağa hazırdır.
AranNews- Bu barədə Rusiya Federal Baytarlıq və Bitki Sağlamlığı Nəzarət Xidməti Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti ilə Moskvada keçirilən görüşündə bəyan edib.
Rusiya tərəfi qeyd edir ki, Türkiyənin kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinə zəmanət veriləcəyi halda saksiyaların aradan qaldırılmasına təkrar baxılacaq.
”Rusiya kənd təsərrüfatı məhsullarında aşkar edilən zərərli həşəratlardan dolayı narahatdır və Türkiyədən Rusiya və Avrasiya İqtisadi Birliyinin norma və tələblərinə cavab verən məhsulların ixracını təmin edəcək tədbirlərin görülməsini xahiş edir. Bu məhsullara tətbiq edilən müvəqqəti sanksiyaların aradan qaldırılması nəzərdən keçiriləcək”, – Rusiya tərəfinin məlumatında qeyd edilir.

Qeyd edək ki, Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Rusiya hökumətinin dəvəti ilə Moskvada danışıqlar aparır.

  • Yazılıb
  • da (də) 2016 Apr 27
  • Göndərən مدير سايت Aran News