İraq ordusunun keçirdiyi əməliyyatlar nəticəsində onlarla terrorçu məhv edilib.
Arannews- İraq ordusunun müxtəlif bölgələrdə keçirdiyi əməliyyatlar nəticəsində onlarla İŞİD terrorçusu öldürülüb.
İraq ordusu əl-Anbar vilayətinin əl-Kərəmə, əl-Buşəcəl və Nazim, eləcə də paytaxt Bağdadın qərb bölgələrində irəliləyərək 77 terrorçunu məhv edib.
İraq ordusu bu əməliyyatlarda İŞİD-ə məxsus pulemyotla təchiz olunmuş 9 avtomobil, terrorçuların 7 mövqeyini məhv edib və 69 bombanı zərərsizləşdirib.
İraqdan əldə olunan digər məlumata görə, ordu əl-Anbar vilayətində İŞİD-in mövqelərini məhv edib. Bu əməliyyatda həmçinin əl-Anbar vilayətinin əl-Səcər və Fəllucə bölgələrində terrorçuların iki bombaqayırma sexi məhv edilib.
Həmçinin İraq ordusunun ağır artilleriyası Ər-Rəmadinin qərbində əl-Dulab bölgəsinə hücumda 13 terrorçunu məhv edib.
İraq 2014-cü il iyun ayından İŞİD terror qruplaşmasının şimal və qərbdə bəzi bölgələri işğal etməsi ilə böhranla üzləşmişdir.
Son bir neçə ayda İraq ordusu və xalq səfərbər qüvvələri bir neçə şəhəri, o cümlədən Ər-Rəmadi və Tikriti İŞİD terrorçularının işğalından azad edə bilmişlər.