Tarix : 2016 Apr 28
Kod 48638

Əfqanıstanda onlarla terrorçu həbs edilib

Əfqanıstanda 6 terrorçu öldürülüb, 60 nəfər isə həbs olunub.
Arannews- Əfqanıstanın Kunduz əyalətində keçirilmiş xüsusi əməliyyat zamanı 6 terrorçu öldürülüb, 60 nəfər isə həbs olunub. 
Əfqanıstanın Müdafiə Nazirliyinin məlumatına əsasən, axşam reydi zamanı əfqan hərbçiləri terrorçular tərəfindən atəşə tutulub. Baş vermiş atışma nəticəsində 6 terrorçu məhv edilib, 60 nəfər isə həbs olunub. 
Hərbçilər arasında itki barədə məlumat verilməyib. 

  • Yazılıb
  • da (də) 2016 Apr 28
  • Göndərən مدير سايت Aran News