Arannews- Əfqanıstanın Kunduz əyalətində keçirilmiş xüsusi əməliyyat zamanı 6 terrorçu öldürülüb, 60 nəfər isə həbs olunub.
Əfqanıstanın Müdafiə Nazirliyinin məlumatına əsasən, axşam reydi zamanı əfqan hərbçiləri terrorçular tərəfindən atəşə tutulub. Baş vermiş atışma nəticəsində 6 terrorçu məhv edilib, 60 nəfər isə həbs olunub.
Hərbçilər arasında itki barədə məlumat verilməyib.