Tarix : 2016 Apr 28
Kod 48639

İŞİD-in cidi kadr böhranı

əgər cəmi bir il əvvəl terror təşkilatının sıralarına hər ay 2 minə qədərə insan qoşulurdusa, hazırda bu rəqəm 200 nəfərdən çox deyil.
Arannews- İŞİD terror təşkilatı ağır iqtisadi və nəzərə çarpan döyüşçü çatışmazlığı keçirir. Terrorçuların maliyyə problemləri o qədər ciddidir ki, təşkilat başçıları terrorçulara elektrik enerjisinə qənaət etməyi və onlara verilmiş avtomobilləri sırf hərbi əməliyyatlar üçün istifadə etməyib tapşırıblar. 
Palmiradan tapılmış sənədlərə əsasən, terrorçuların cərgələrindən ciddi döyüşçü çatışmazlığı var. Təşkilata qoşulmaq istəyən könüllülərin sayı isə günü-gündən azalır. 
əgər cəmi bir il əvvəl terror təşkilatının sıralarına hər ay 2 minə qədərə insan qoşulurdusa, hazırda bu rəqəm 200 nəfərdən çox deyil.  
 Xatırladaq ki, daha əvvəl xəbər verilmişdi ki, İŞİD-in sıravi döyüşçüləri hərbi əməliyatlarda iştirak etməmək üçün təşkilat başçılarına saxta tibbi arayışlar təqdim edirlər. Və İŞİD sıralarındaki fərarilik haqda olan xəbərlərin sayı günü-gündən artır. 



  • Yazılıb
  • da (də) 2016 Apr 28
  • Göndərən مدير سايت Aran News