Səudiyyənin bir ildən çox apardığı müharibə zamanı 4500 əsgərini itirdiyini bildirən yəmənli lider "Ənsarullah", Xalq komitələrinin könüllüləri və Yəmən ordusunun Səudiyyəyə aid 350-dən çox tankını və zirehli maşınlarını məhv etdiyini də qeyd edib.
Arannews- Səudiyyə Ərəbistanının Yəməndəki döyüşdə 4500 əsgərini itirdiyi açıqlanıb
bu haqda Yəmən Konqress Partiyasının liderlərindən Abduh Məhəmməd əl-Cundi bildirib.
Abduh Məhəmməd əl-Cundi Səudiyyənin ağır itki verdiyinə görə, atəşkəsə məcbur olduğunu bildirib. Səudiyyənin bir ildən çox apardığı müharibə zamanı 4500 əsgərini itirdiyini bildirən yəmənli lider "Ənsarullah", Xalq komitələrinin könüllüləri və Yəmən ordusunun Səudiyyəyə aid 350-dən çox tankını və zirehli maşınlarını məhv etdiyini də qeyd edib.
Abduh Məhəmməd əl-Cundinin sözlərinə görə, Yəmən xalqının müqaviməti nəticəsində Səudiyyə və dəstəkçilərinin heç bir plan və hədəfləri baş tutmayıb.
"Səudiyyə daxildən və xaricdən minlərlə muzdlu döyüşçü gətirməsinə baxmayaraq heç bir hədəfinə çatmadı və nəticə ala bilmədi", - deyə Məhəmməd əl-Cundi bildirib.
O, Hadi Mənsura bağlı 400 min nəfərin ölkəni tərk etməsinə görə, Səudiyyənin onları qınadığını bildirərək, Yəmən ordusu və "Ənsarullah"ın Ərəbistan torpaqlarına girərək Rabua bölgəsini tamamilə ələ keçirdiyini, Səudiyyə Ərəbistanının Nəcran, Ciazn və Əsir şəhərlərinin isə Yəmən ordusunun mühasirəsi altında qaldığını xatırladıb.
Məhəmməd əl-Cundi Səudiyyənin çox sayda əsgərinin öldürülməsinə, bəzi ərazilərini itirməsinə və hədəflərinə çatmadığına görə, Yəmən xalqına təslim olaraq atəşkəsə məcbur olduğunu qeyd edib. Məhəmməd əl-Cundi sözlərinin sonunda Yəmən xalqının heç bir ölkəyə daxili işlərinə qarışmasına izin verməyəcəyini bildirib.