Ali-Xəlifə rejimi övladının həbsdən azad olunmasını tələb edən ananı həbs edib.
Arannews- Bəhreynin Bəni Cümrə bölgəsinin sakini olan Leyla Mənsur, övladı Muhmməd Cəfərin rejim həbsxanasından azad olunmasını tələb etdiyinə görə 3 aylıq həbsə məhkum edilib.
polis bölməsinin qarşısında aclıq aksiyası keçirən Leyla Mənsur, ölkə kralını təhqir etməkdə ittiham olunur.
O 3 aylıq həbsdən əlavə 200 dinar cərimə də olunub.
Qeyd edək ki, Leyla Mənsurun oğlu Muhəmməd Cəfər 2015-ci ildə aksiyalarda polisə müqavimət etmə ittihamı ilə 10 illik azadlıqdan məhrum edilib. Xatırladaq ki, bir müddət öncə Bəhreyn rejiminin həbslərilə bağlı statistik məlumat yayılıb. Məlumata görə, 2015-ci ildə ölkədə 120 uşaq, 22 qadın olmaqla ümumilikdə 1765 nəfər həbs edilib.