Tarix : 2016 Apr 29
Kod 48647

Qarabağ münaqişəsinin mümkün senariləri- Bürhan Hişməti

Azərbaycan və Ermənistan ordusu arasında gedən döyüşlərdən sonra bu sual ciddi şəkildə ortaya çıxmışdır ki, Qarabağ münaqişəsinin prosesi hansı ehtimallar, yaxud senarilər ilə qarşılaşacaq?
AranNews- Aprel ayının əvvəlində Azərbaycan və Ermənistan orduları arasında tamas xəttinin bir neçə nöqtəsində başlamış döyüşlər Qafqaz regionunda maraq və nüfuzu olan güclərin, o cümlədən Rusiya, Türkiyə, İran, Amerika, Avropa təşkilatları, hətta BMT-nin diplomatik hərəkətlərinə səbəb oldu. Bu diplomatik hərəkətlərin ən yüksək səviyyəsi Rusiya tərəfindən həyata keçirildi. Rusiya prezidenti Vladimr Putin, Azərbaycan və Ermənistan prezidentlərinə zəng edərək toqquşmalara xitam vermələrini istədi. Bundan azca sonra Azərbaycan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisləri Moskvada görüşərək atəşkəs barədə razılığa gəldilər və bu atəşkəsi qorumağa çalışırlar. Bu əsasla Qarabağ münaqişəsi xüsusinda ilk senari, yaxud ehtimal əməli surətdə başlandı.
1. Birinci ehtimal: Rusiyanın rəhbərliyi və Minsk qrupunun cəhdləri sayəsində siyasi müzakirələrin yeni dövrünün başlanması:
Qarabağ münaqişəsinin həll üçün Rusiya tərəfindən yeni layihə rəsmi surətdə elan edilməsə də aprelin 22-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri məsələsində Azərbaycan və Ermənistan mediası Rusiya KİV-inə əsaslanaraq Lavrovun “Madrid prinsipi” ilə İrəvana yollandığını dedilər. Medianın “Lavrov planı” adlandırdıqları bu sənəd Qarabağ münaqişəsinin həlli üçün Bakı və İrəvana təqdim edilmişdir. Ondan qabaq da Azərbaycan prezidenti İlham Əliyev Ermənistanla son toqquşmalara görə təşkil olunmuş Milli Təhlükəsizlik Şurasının iclasında S. Lavrov tərəfindən təqdim edilmiş qəbulediləsi layihə haqqında danışmışdı. Rusiya rəsmiləri təkid edirlər ki, onların Qarabağ münaqişəsi xüsusundakı siyasi təlaşları ATƏT-in Minsk qrupunun başçılarının dəstəyi çərçivəsində keçirilir və Rusiya özü də bu qrupun mühüm üzvlərindəndir. Amma Rusiya prezidentinin və xarici işlər nazirinin Bakı və İrəvan arasında vasitəçilik məsələsinə daxil olması Moskvanın bu mövzuya müstəqil olaraq girməsi kimi dəyərləndirilir və onun Minsk qrupuna bağlamaq olmaz. Həqiqətdə Rusiya bu layihəni bir növ müstəqil hazırlayıb və irəli aparırdı ki, Bakı və İrəvan arasında müzakirələrə müstəqil rəhbərlik edə bilsin, müzakirələrin irəliləməsində və razılığın əldə olunmasında ixtiyarı öz əlində saxlaya bilsin, onun imtiyazlarından faydalansın.
Rus siyasətçiləri və bir çoxları belə düşünürlər ki, Qafqaz məsələsində “Rusiyanın siyasəti Qafqazda təyinedici” olmasını gözdən qaçırmaq olmaz və digər oyunçular öz hərəkətlərini bu prinsip üzərində kökləməlidirlər. Qeyd olunan prinsiplə yanaşı bu həqiqəti də görmək lazımdır ki, Rusiya Qarabağ münaqişəsi kimi məsələlərin uzun müddət ərzində qorunmasını Qafqaz kimi həssas bir məntəqədə öz maraqlarını və iştirakını təmin etmək bilir. Çünki Rusiya münaqişənin həllinə təlaş çərçivəsində, Azərbaycan və Ermənistan arasında hərbi və siyasi tarazlığı qorumaq məqsədilə davamlı surətdə məntəqədə özünün siyasi, hərbi və nüfuz hədəflərini təmin edir. Geniş və neçə milyard dollar həcmində Azərbaycana hərbi silah və texnika satmaq, Ermənistanda bir neçə baza saxlamaq, bu siyasətin bir üzüdür. Qarabağ münaqişəsinin vücudu bu iki imkanı Moskva üçün yaratmışdır. Təkrar siyasi və xüsusi əlaqələr vasitəsilə Bakı və İrəvan rəhbərlərinə Rusiyanın Qafqaza qeyri-rəsmi siyasi hakimiyyətini qəbul etdirmək Qarabağ münaqişəsində istifadfə etməklə mümkün olur.
Belə bir şəraitdə Lavrov planı, yaxud Madrid prinsipindən ilham alan Rusiyanın yeni sənədi xülasə şəkildə və Bakı və İrəvan medialarının Moskva medialarına əsasən verdiyi xəbərə əsasən bu maddələrdən ibarətdir:
- Dağlıq Qarabağ ətrafında Ermənistan tərəfindən işğal edilmiş 5 rayonun Azərbaycana qaytarılması;
- Azərbaycanın Ermənistan əleyhinə iqtisadi blokadasının aradan qaldırılması;
- Müharibə köçkünlərinin öz yerlərinə qayıtması;
- Sülhməramlı qüvvələrin yerləşdirilməsi;
- Dağlıq Qarabağın hüquqi statusunun təyin edilməsi;
- Laçın və Kəlbəcərin hüquqi statusunun təyin edilməsi (Dağlıq Qarabağı Ermənistana birləşdirən ərazi);
- Dağlıq Qarabağın statusunun təyin edilməsi üçün bu məntəqədə sonradan referendum keçirmək.
Məlumdur ki, bu plan hətta, bu şəkildə təqdim edildiyi surətdə çox ümumi və anlaşılmazdır. Anlaşılmazlıqları aradan qaldırmaq, onun bucaqlarını təyin və ayırd etmək üçün Bakı və İrəvan arasında uzun müddətli və davamlı müzakirələr aparılmalıdır. Hətta, ilk razılaşmalar əldə olduğu surətdə bəzi mediaların verdiyi xəbərlərə görə Lavrov planı ilk gündən nəticəsiz qalmışdır və Ermənistan bu layihəni qəbul etməmişdir. Çünki Bakının mövqeyi Dağlıq Qarabğa Azərbaycan Respublikası hakimiyyəti daxilində ən yüksək muxtariyyət vermək, Dağlıq Qarabağ ətradında olan bütün rayonların Azərbaycana verilməsi olduğu halda, Dağlıq Qarabağın erməni seperatçılarının istəyi  Artsax dövlətinin (Dağlıq Qarabağ və onun ətrafına aid olan məntəqələrə şamil olan böyük bir ərazinin) müstəqilliyinin rəsmi olaraq tanınmasıdır. Ermənistanın elan etdiyi mövqe də Qarabağ ermənilərinin istəyini dəstəkləməkdir.
Qeyd olunan çərçivədə İrəvan Dağlıq Qarabağın müstəqiliyini tanımaq, yaxud onu Ermənistana ilhaq etmək barədə ziddiyyətli təmayüllər göstərmişdir. Bakı, İrəvan və Qarabağ ermənilərinin fərli istəklərindən yaranmış belə bir mürəkkəb balansda daimi sülh və razılıq barədə danışmaq çox çətindir. Xüsisilə də son 3 onilliyin tarixi keçmişi göstərir ki, Dağlıq Qarabağ ermənilərinin siyasi hərəkatının Ermənistanda güc tarazlığında birbaşa təsiri vardır. Hatta sabiq və indiki prezidentlər; Serj Sarkisyan və Robert Köçəryan Ermənistan prezidenti olmazdan öncə Dağlıq Qarabağda rəhbərlik etmişlər. Ermənistanın ilk prezidenti Leon Ter-Petrosyan da “Qarabağ komitəsi”nin üzvü və Qarabağın Azərbaycan SSR-dən ayrılmasını elan edən hərəkatın rəhbərlərindən olmuşdur. Sonralar da Ermənistanda hər bir siyasi qüvvə bir növ Qarabağ məsələsinin həlli xüsusunda yumşaqlıq göstəribsə və ermənilərinin Qarabağ barədə hədəfindən uzaq olubsa, bərk vurulmuş və siyasi səhnədən silinmişdir.
Qarabağ ermənilərinin sabiq rəhbəri Robert Köçəryanın 1198-ci il seçkilərində Leon Ter-Petrosyana qalib gəlməsi Qarabağ siyasi hərəkatlarının Ermənistanın ilk prezidentini hakimiyyət səhnəsindən uzaqlaşdırmaqda təsirini və iki il sonra Qarabağla bağlı həssas müzakirə və anlaşmalar məsələsində gücünü göstərir. Deyilənlərə əsasən, bu barədə məxfi razılaşmaya görə 1997-ci il 27 oktyabrda Nairi Hunanyanın rəhbərlik etdiyi bir qrup yaraqlı şəxs parlamentin iclasına hücum edib, deputatları güllə yağışına tutdular, onlardan bir neçəsini öldürdülər. Onlar Ermənistanın o zamankı prezidenti Robert Köçəryanla müzakirələr apardıqdan sonra hökumətə təslim oldular və uzun müddətli mühakimədən sonra əbədi həbs cəzasına məhkum oldular. “Vəhdət” koalisiyasının rəhbərləri Karan Dəmirçiyan və Vazgen Sarkisyan sabiq prezident Robert Köçəryanın ən mühüm siyasi rəqibləri idi və növbəti seçkilərdə onların hakimiyyətə gələcəyi gözlənilirdi. Bu məsələ Köçəryana qarşı bədgümanlıq yaranmasına səbəb oldu və hələ də tamamilə aradan qalxmamışdır.
Həçinin, Azərbaycanda Heydər Əliyevin hakimiyyətə gəlməsi Qarabağ müharibəsindəki dəyişikliklər, Azərbaycanın ermənilərə uduzması və ölkənin bir qurtuluş vericiyə ehtiyacı olması ilə birbaşa əlaqəli idi. Həmin böhran sonrakı seçkilərdə də hakimiyyətin öz yerini möhkəmləndirməsində mühüm alət olmuşdur. Xüsusilə də İlham Əliyevin prezidentliyi dövründə Qarabağ münaqişəsi hakimiyyətin hərbi və təhlükəsizlik sahələrinə böyük həcmdə büdcələr ayırmasına səbəb olmuşdur. Həssas siyasi dövrlərdə də Azərbaycan hakimiyyəti Qarabağ konfliktinin davamını ölkənin iqtisadi problemində, köçkünlər məsələsində əsas amil kimi görür. Xüsusilə də son zamanlar neftin qiymətinin enməsi ilə Azərbaycan iqtisadi böhranla və milli valyutasının dəyərdən düşməsi ilə üzləşdi. Bu ağır iqtisadi böhranın ölkədə gözə çarpmaması üçün 2016-cı il aprelin əvvələrində yaranmış toqquşmalar mühün rol oynadı.
Qarabağ münaqişəsinin Azərbaycan və Ermənistanda siyasi gücün tarazlanmasında təsirinə diqqət etməklə Ermənistanın indiki hökumətinin “Madrid prinsipi”ni qəbul etməsi o qədər də asan deyil. Madrid prinsipi bundan ibarətdir:
- Təhlükəsizliyə zəmanət verilməsi və beynəlxalq sülhməramlı qüvvələrin tamas xəttində yerləşdirilməsi.
- Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ və onun ətrafındakı rayonlardan çıxarılması, Kəlbəcər və Laçın üçün xüsusi şəraitin qorunması;
- Öz yurdlarından çıxarılmış əhalinin geri qayıtması;
- Dağlıq Qarabağın statusunun referendum vasitəsilə təyin olunması. Son hüquqi status təyin olunana qədər müvəqqəti statusun verilməsi;
- Bütün əlaqə və yükdaşıma yollarının açılması.
Madrid prinsipi sənədi həmçinin 1994-cü ildə imzalanmış atəşkəsə hörmətlə yanaşmağı, hərbi gücdən istifadə etməməyi, hərbi büdcələri artırmamağı, bir-birlərinə qarşı ittihamlara son qoymağı, sülhlə zidd olan mövqe tutmamağı, sülhün baş tutmasına kömək etməyi, sülhə nail olmaq üçün qeyri-rəsmi diplomatiya formalaşdırmağı, hər iki tərəfin parlamentlərinin qarşılıqlı fəaliyyətlərini, Azərbaycan və Ermənistan arasında gediş-gəlişin asanlaşmasını, hakimiyyətin Dağlıq Qarabağda erməniləri məskunlaşdırmaqdan çəkinməsini, işğal edilmiş ərazilərdə infrastrurkturların yaradılmamasını, Qarabağda azərbaycanlı rəhbərlərin Qarabağ əhalisi tərəfindən seçilməsi üçün Azərbaycan dövlətinin addım atmasını, Qarabağdan köçkün düşmüş bütün vətəndaşların neft gəlirlərindən istifadə edə bilməsini, Azərbaycan və Ermənistan arasında ixtilafların aradan qalxması üçün müzakirələrin davam etməsini, müzakirələrin mövzusunun geniş surətdə işıqlandırılmasını, həddindən artıq nikbin və şişirdilmiş bəyanatlar verməkdən çəkinməyi tövsiyə edir.
Sözsüz, zamanın ötməsi, hər iki tərəfin düşmənçilik ruhiyyəsinin güclənməsi, xüsusilə də hərbi büdcəsinin çoxluğu, iqtisadi gücü və inkişafına diqqət etməklə hərbi və iqtisadi balansın Azərbaycanın xeyrinə olaraq pozulmasına görə Azərbaycanın Ermənistandan üstün olmasına baxmaqla artıq Madrid prinsipi bir növ köhəlmişdir. Ona görə də Rusiyanın bu prinsip üzərində təqdim etdiyi layihəni Ermənistan, xüsusilə də Qarabağ erməniləri qəbul edə bilmir. Əlbəttə, Azərbaycan Respublikasının da balansın bu ölkənin xeyrinə pozulmasına görə daha artıq tələblər irəli sürəcəyi mümkündür. Amma bu balans pozulmasının özü Qarabağ münaqişəsinn siyasi və hərbi prosesində yeni bir hərəkətin amilidir və mövcud vəziyyəti dəyişdirə bilər. 2016-cı il aprelin əvvəllərində Azərbaycanın hərbi əməliyyatları Ermənistan və Azərbaycan arasında güc balansının dəyişməsindən qaynaqlandı. Ona görə də Rusiyanın Qarabağ münqişəsində müstəqil siyasi təlaşı indiki mərhələdə qabaqkından daha ciddi cəhdlər hesab olunur və Qarabağ münaqişəsinin ehtimallarının araşdırılmasında ən öndə dayanan və icra edilməsi ən mümkün seçim olaraq diqqəti çəkir. Lakin bu təlaş nəticəsiz də qala bilər. Bu üzdən sonrakı proqnozları da nəzərə almaq lazımdır.
2. İkinci ehtimal: Aprelin əvvəlində baş vermiş toqquşmalar kimi hadisələrin davam etməsi ilə Rusiyanın cəhdlərinin nəticəsiz qalması və hazırkı durumun davam etməsi (Bakı və İrəvanın müzakirələrdən çəkinməsi):
Qarabağ sülh müzakirələrinə rəhbərliyi ələ almaq üçün Rusiyanın müstəqil fəaliyyəti Amerikanı qıcıqlandırır. ABŞ-ın Azərbaycandakı sabiq səfiri və Minsk qrupunun Amerika tərəfinin sabiq rəhbəri Metyu Brayza, Rusiya prezidenti Vladimir Putinin Qarabağ məsələsinin həllində Amerikanın iştirakı olmadan göstərdiyi müstəqil fəaliyyətini qınayıb. Bunları nəzərə almaqla demək olar ki, Moskvanın təlaşlarının qarşısını almaq, yaxud onu nəticəsiz qoymaq üçün Amerikanın əməli addım atması mümkündür. Üstəlik, Qarabağ konfliktində qarşıdurmanın əsas tərəflərinin öz mövqelərində möhkəm dayanmaları Rusiyanın siyasi təlaşları müqabilində mühüm maneədir. Digər regional və yerli maneələr də mövcuddur. O cümlədən Türkiyənin Rusiya qarşısında hərəkətləri ən mühüm amillərdən sayılır. Həmçinin, diqqət etmək lazımdır ki, sionist rejim ötən illər ərzində Azərbaycana 1 milyard 600 milyon dollar həcmində silah-sursat satmışdır və Bakını silahla təmin edən ölkələr sırasında ikinci yerdə dayanmış, onun hərbi baxımdan gücləndirən ikinci amilə çevrilmişdir. Habelə, son bir ildə sionistlərin Holokost anımı kimi proqramlarının yanında Xocalı və Quba qətliamını yad etmələrini, Azərbaycan-sionist rejim arasında rəsmi və qeyri-rəsmi səfərləri, Qarabağda baş verən son toqquşmalarda sionist rejimin sabiq baş naziri Aviqdor Liberman, mühribə nazirinin keçmiş müavini Efraim Sneh və digər qeyri-rəsmi adamlarının Azərbaycanın hərbi hərəkətlərini dəstəkləməsi, Qafqazda münaqişənin gərginləşməsinə can atmalarının da Rusiyanın siyasi cəhdlərinin uğursuzluqla nəticələnə bilməsində digər mühüm amillərdən hesab olunur. Ona görə də Rusiyanın siyasi təlaşlarının irəliləyə bilməyəcəyi proqnozu çox ciddidir.
Bakı və İrəvan arasında Moskvanın rəhbərliyi ilə danışıqların yeni mərhələsinin başlanması üçün Rusiyanın cari təlaşlarının nəticəsiz qalması, yaxud irəliləyə bilməməsi çox güman ki, son 3-4 ildə hakim olmuş vəziyyəti davam etdirəcək. Yəni, ciddi müzakirələrin olmaması, yaxud qarşı tərəflərin bir-birinə güvənməməsi, Azərbaycan və Ermənistan qüvvələri arasıda gündəlik ara-sıra atışmaların baş verməsi durumu ötən illər ərzində olduğu kimi davam edəcək. Bəzən də aprelin əvvəlində şahid olduğumuz kimi şiddətli toqquşmalar olacaq. Amma iki tərəfin hərbi qüvvələri arasında mövqe və yerdəyişmə dəyişikliyi olmayacaq. Əsasən də Ermənistanın hərbi vəziyyətində nisbi üstünlüyünü yenidən bərpa etmək üçün Rusiyanın cəhdləri yenidən başlanmışdır. Rusiya Ermənistanın öz hərbisini müasir silah və avadanlıqla təmin etmək üçün bu ölkəyə 200 milyon dollar kredit ayırmışdır. Əlbəttə, bu rəqəm Azərbaycanın Rusiya, sionist rejim, Ukrayna, Türkiyə, Pakistan, Cənubi Afrika və digər ölkələrdən aldığı silah və avadanlıqla müqayisədə elə də çox deyil. Amma Rusiya hərbi bazalarının Ermənistanda yerləşməsindən istifadə edə bilmək Azərbaycan və Ermənistan arasında hərbi tarazlıq yarada bilər.
3. Üçüncü ehtimal: Rusiyanın cari təlaşlarının uğursuz qaldığı və mövcud durumun qorunduğu, Bakı və İrəvan arasında müzakirələrin baş tutmadığı, yenidən qarşıdurmaların yaranacağının mümkün olduğu surətdə Azərbaycanın Ermənistanla müqayisədə hərbi üstünlüyünə diqqət etməklə bu ölkənin irəliləməsi digər bir ehtimal olaraq ortada qalır. Azərbaycanın ordusu 2016-cı il aprelin əvvəlindəki əməliyyatlarda, həm də son illərdə baş verən bəzi əməliyyatlarda sübut etmişdir ki, hazırda ermənilərin yerləşdiyi məntəqələrdə yerləşə və özünü möhkəmləndirə bilər. Bəzi xəbərlərdən aydın olur ki, Füzuli rayonunda yerəşən Lələ təpə yüksəkliyində Azərbaycan qüvvələrinin yerləşməsi ilə ermənilər bir qədər geri çəkiliblər. 2016-cı il aprelin 6-da Bakıda çapdan çıxan “Yeni Musavat” qəzeti və “virtukal.az” saytı xəbər vermişdilər ki, Azərbaycan qüvvələri Lələ təpəni alaraq düşməni 700 metr geri oturtmuşdur. Amma 19 apreldə “Yeni Musavat”ın Amerikadan səslənən “Azadlıq” radiosuna əsasən verdiyi xəbərə görə erməni qüvvələri öz mövqelərini Azərbaycan qüvvələrinin vura biləcəyi hədəfdən uzaqlaşdırmaq üçün Füzuli və Cəbrail ərazilərində 8-10 km. geri çəkiblər. Qeyd olunan məlumatların düzgün olduğu təqdirdə bu hadisənin təkrarlanması, Azərbaycan ordusunun məhdud və addım-addım irəliləməsi ehtimalını digər bir məsələ kimi nəzərdə saxlamaq lazımdır və bunun Qarabağ münaqişəsində balansın dəyişməsidə çox təsiri vardır.
Əgər bu irəliləyişlər addım-addım olsa və münaqişə uzun müddət hazırkı duruma oxşar bir vəziyyətdə qalsa, onun xarici balansı, hamısından da önəmlisi Rusiyanın mövqeyinin də hazırkı şəkildə qalması mümkündür. Amma Azərbaycanın irəliləməsi məhdud və tədrici vəziyyətindən qırağa çıxsa və sürətlənsə, mövcud durum dəyişəcək. Belə olduqda Qarabağ münaqişəsinin gələcəyi barədə digər bir seçimi araşdırmaq lazımdır.
4. Dördüncü ehtimal: Azərbaycanın sürətlə irəliləməsini dayandırmaq üçün Rusiyanın hərbi müdaxiləsi:
Azərbaycan geniş hərbi əməliyyatlara başlasa, sürətli irəliləyişlə erməni qüvvələrini nəzərə çarpacaq həddə geri oturda bilsə, Rusiyanın məsələyə ciddi daxil olması proqnozu ortaya çıxır. Çünki Rusiya 17-ci əsrdən bəri Qafqazda ermənilərin əsas hamisi olmuşdur və ermənilər onun Qafqazda siyasətlərini icra edən qüvvədir. Qarşılıqlı olaraq Rusiyanı özlərinin hami və müttəfiqi hesab edirlər. Həmçinin bir sıra müqavilələr, o cümlədən MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı əsasında Moskvanın ermənilər qarşısında qəbul etdiyi siyasi və hüquqi öhdəliklərinə görə, Azərbaycanın Ermənistan qarşısında və Dağlıq Qarabağda irəliləyəcəyi surətdə Rusiya bu məsələdə passiv rol oynamağı bacarmayacaq. Baxmayaraq ki, hazırkı şəraitdə Rusiyanın Qarabağ münaqişəsinə hərbi müdaxiləsi beynəlxalq hüquq baxımından qəbuledilməzdir. Amma Rusiya Qarabağ münaqişəsinə hərbi müdaxilə etsə, mürəkkəb bir vəziyyət yaranacaq və Azərbaycanda nüfuzu olan digər xarici oyunçuların ciddi reaksiyası ilə qarşılaşacaq.
5. Beşinci ehtimal: Qarabağ münaqişəsi Rusiyanın hərbi müdaxilə edə biləcəyi bir səmtə yönələrsə, çox zəif, lakin eyni zamanda real bir ehtimal budur ki, Türkiyənin münaqişəyə daxil olması ortaya gəlsin.
Türklər, 1918-19-cu illərdə Osmanlı İmperiyasının zəif olmasına baxmayaraq Qafqaz regionuna hərbi müdaxilə etdilər. Bu məsələyə diqqət etməklə Türkiyənin hərbi gücünün Rusiya ilə müqayisəedilməz olmasını nəzərə almaqla Türkiyənin Qarabağ münaqişəsinə daxil olmayacağını və bu ehtimalın sıfır həddində olduğunu demək olmaz. Ona görə də bu proqnozu da Qarabağ münaqişəsinin gələcək dəyişikliklərində zəif ehtimal kimi nəzərdə saxlamaq lazımdır.
Qarabağ münaqişəsinin gələcək taleyi barədə qeyd olunan seçim və ehtimallarla yanaşı İranın bu münaqişəyə baxışı da təsirli amillərdən sayılır. İran 1992-ci ildə fəal vasitəçilik etmiş, Azərbaycan və Ermənistanın o zamankı prezidentləri Yaqub Məmmədov və Leon Ter-Petrosyan arasında danışıqlara Tehranda evsahibliyi etmişdir. Bu görüş 1992-ci il 7 mayda Tehranda ATƏT-in Minsk qrupunun o zamankı sədri Mario Rafaellinin iştirakı ilə atəşkəs müqaviləsinin imzalanması ilə nəticələndi. Lakin o dövrdən sonra İran, Qarabağ münaqişəsinin siyasi həll prosesində siyasi iştirak etməmişdir. Çünki o zaman erməni qüvvələri Şuşaya hücum və onu işğal etməklə Rusiya və Amerikanın nail ola bilmədiyi Tehran atəşkəsini pozdular. Bundan sonra Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunu (Rusiya, Amerika və Fransanın rəhbərliyi ilə) öz müzakirələrində əsas vasitəçi kimi seçdilər. Minsk qrupu həqiqətdə Qarabağ münaqişəsinə aid siyasi müzakirələri öz inhisarlarında saxladılar. Rusiya, Amerika və Fransa bəzən bir-birləri ilə rəqabətə girərək, bəzən də zahiri əməkdaşlıq edərək bu prosesi öz nəzarətlərində saxlayıblar.
Qarabağ məsələsində ciddi dəyişikliklərin baş verdiyi hazırkı dövrdə Tehran bu məntəqə ilə qonşu olması, xarici sülhməramlı qüvvələrin bu məntəqədə və İranın qonşuluğunda yerləşə biləcəyi səbəbindən Qarabağ münaqişəsinə tamamilə etinasız yanaşa bilməz.
Nəhayət, əməli və həqiqi ehtimallarla yanaşı siyasi münaqişələri təhlil edən nəzəri predmetlərə diqqət etməklə belə nəticəyə gəlmək olar ki, Qarabağ münaqişəsi “həll olunmayan” konfliktlərdən hesab olunur. Belə bir nəticəyə gəlişin səbəbi Qarabağ münaqişəsində ərazi, etnik, dini, köçkünlər və yerlərini dəyişməyə məcbur olmuş azəri və erməni cəmiyyətləri məsələsidir. Üstəlik, Rusiya, Amerika, sionist rejim və Türkiyə Qarabağ münaqişəsində rol oynayan və onun həllinə mane olan digər xarici amillərdir. Bu daxili və xarici amillərə diqqət etməklə Qarabağ münaqişəsi açılmayan kor düyünə dönmüşdür. Ona görə də Qarabağ münaqişəsinin gələcək taleyində hansı ehtimalın seçiləcəyini və əməldə gerçəkləşəcəyini nəzərə almadan demək olar ki, bu münaqişə təqribən uzun illər boyu hazırkı vəziyyətdə davam edəcək.
  • Yazılıb
  • da (də) 2016 Apr 29
  • Göndərən مدير سايت Aran News