Tarix : 2016 Apr 29
Kod 48649

Azərbaycan Ordusu rus zabiti mükafatlandırdı

Azərbaycan müdafiə nazirinin müavini, polkovnik-leytenant Sergey Uvarovu “Hərbi xidmətlərə görə” dövlət mükafatı ilə təltif edib.
AranNews- Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyev ölkəmizin Rusiyadakı səfirliyində 90-cı illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş ehtiyatda olan polkovnik-leytenant Sergey Uvarovu “Hərbi xidmətlərə görə” dövlət mükafatı ilə təltif edib.
K.Vəliyev qeyd edib ki, S.Uvarov Azərbaycan Silahlı Qüvvələrində xidmətinə görə bu mükafata layiq görülüb:
“Azərbaycan Ermənistan tərəfindən təcavüzlə qarşılaşıb. Müharibə vaxtı Azərbaycanda xidmət keçənlərin əksəriyyəti hərbçi yoldaşlarına qoşularaq Azərbaycan xalqı ilə birlikdə ölkəmizin müstəqilliyini və bütövlüyünü qoruyublar. Hazırda Azərbaycan bir çox xalqlar üçün Vətəndir”.S.Uvarov göstərilən diqqətə görə təşəkkür edib, hərbçi yoldaşlarını və xidmət illərini xatırlayıb: “Şadam ki, hazırda Azərbaycan və Rusiyanın mehriban münasibətləri var. Bu, ölkələrimizin rəhbərlərinin müdrikliyi sayəsində baş verir”.O, hesab edir ki, hazırda Azərbaycan Ordusu 20 il əvvəlkindən xeyli güclüdür: “Azərbaycan Ordusu döyüş bacarığı olduğunu göstərdi”.
  • Yazılıb
  • da (də) 2016 Apr 29
  • Göndərən مدير سايت Aran News