Tarix : 2016 Apr 29
Kod 48650

Fazil Mustafadan Irana qarşı – sərt çixiş

Deputat Fazil Mustafa qönşu ölkə İranla əlaqələrinin yaxşılaşdığı bir dönəmdə Dəfələrlə dini məsələlərdə öz qərəzli mövqesini ortaya qoyub və İran xalqini yenədə təhqir edib.
AranNews- Milli Məclisin keçirilən plenar iclasında millət vəkili Fazil Mustafa deyib ki, “yüzlərlə uşaq təhsildən yayınaraq məcburi əməyə cəlb olunur. Onlar valideyn himayəsində olduğu üçün diqqət çəkmir. Bunlar potensial məcburi əməyə cəlb edilənlərdir. Problemin həlli istiqamətində alınan qərarlar təqib olunmalıdır. Görülən işə məsuliyyətlə yanaşılmasının nəticələrini görməliyik. Uşaqların doğurdan da küçələrdən yığışdırılması üçün real iş görüldüyü barədə bilgilərin olması çox vacibdir.Valideynləri qeyri-qanuni miqrant olaraq çalışmağa getdikləri üçün, Türkiyədə 2 mindən artıq azərbaycanlı uşağın sənədləri olmadığından təhsil hüququndan məhrumdurlar. Suriyadan gələn qaçqınların 85 faizi təhsilə cəlb olunublar. Amma 2 mindən artıq Azərbaycan uşağı İranın dini cərəyanlarının təsirinə düşür. Sabah İranda dindar adı altında yetişdirilən öz vətəndaşlarımız olacaqlar”.
F.Mustafa qeyd edib ki, azərbaycanlıların təhsilə cəlb olunmasını təmin etmək potensial insan alveri qurbanlarının qarşısını almaq üçün vacib işlərdən olacaq: “Rusiya və İrana təhsil adı ilə aparılan, məcburi əməyə cəlb olunan insanların aşkar edilməsi olduqca vacib addımlardandır”.
Niyə Azərbaycanin, İranla əlaqələrinin yaxşılaşdığı bir dönəmdə siz bəzi qeyri-məntiqi iradlarınızla bir millət vəkili kimi bu əlaqələrə xələl gətirirsiz?! Niyə hər zaman şiə və İran mövzusunda çıxış edir və məmləkətdə əlavə narahatçılığa səbəb olursunuz?! Aydın məsələdir ki, bu iki faktorla köklü probleminiz var. Azərbaycan dövlətçiliyinə, milli-mənəvi dəyərlərinə və qonşu ölkə ilə əlaqələrinin pisləşməsinə dayanan müsahibələrinizlə siz hansı dövlətə qulluq edirsiniz?! Sizə əmri kimlər verir?! Deyəsən, siz də hansısa dövlətə qaçmaq, siyasi sığınacaq almaq fikrində olduğunuzdan bəhanə axtarırsınız, bəzi müğənni və yazarlar kimi!
Rəsmi və səlahiyyətli orqanlardan son zamanlardakı təxribatçı çıxışları ilə dindarlarla dövlət arasında aqressiyanın yaranmasina səbəb olan, Iran - Azərbaycan əlaqələrinin yaxşılaşdığı bir dönəmdə Dəfələrlə dini məsələlərdə öz qərəzli mövqesini ortaya qoyan bu şəxsin mandatının alınması istəlinir!”

  • Yazılıb
  • da (də) 2016 Apr 29
  • Göndərən مدير سايت Aran News