Tarix : 2016 Apr 30
Kod 48652

Türkiyə parlamentində Qalmaqal

Türkiyə Böyük Millət Məclisində (TBMM) deputatların yaralanması ilə nəticələnən dava baş verib.


AranNews-
TBMM-in Konstitusiya Komissiyasında toxunulmazlıqlara bağlı Konstitusiyaya dəyişiklik təklifinin müzakirə olunduğu zaman AK parti ilə HDP-li (PKK yönlü Xalqların Demokratik Partiyası) millət vəkilləri arasında dava olub. Bir-birinə yumruqla zərbələr vuran deputatlardan 5-i yaralanıb. Onlardan 3-nün AK Parti-li, 2-nin isə HDP-li deputat olduğu bildirilir.

Davanın əsl səbəbi HDP-nin Şırnakdan olan millət vəkili Fərhad Encünün ölkənin cənubi-şərq əyalətlərində davam edən anti-terror əməliyyatlarını tənqid edərkən işlətdiyi ifadələr olub.
PKK terrorçuları ilə mübarizə aparan türk əsgərinə və polisinə "dinc sakinləri öldürür" deyə böhtan atan HDP millət vəkili ilə AKP millət vəkilləri arasında mübahisə yaranıb.
Yaralı deputatlar xəstəxanaya yerləşirilib. Qalmaqal böyüdüyünə görə toplantı növbəti günə təxirə salınıb.
  • Yazılıb
  • da (də) 2016 Apr 30
  • Göndərən مدير سايت Aran News