Tarix : 2016 Apr 30
Kod 48653

Ermənistan Qarabağda 50 min əsgər saxlayır

Azərbaycan ordusunun qarşısında durmaq üçün Ermənistan ən azı 50 min əsgəri Qarabağda saxlamağa məcburdur.
AranNews- uzun illərdir Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan bu qaydanı pozmağa və orduya daha çox əsgər cəlb etməyə məcburdur. Çünki başqa halda həm öz ərazisini qorumaq, həm də işğal etdiyi Qarabağ torpağında əsgər saxlamaq mümkün deyil. Yəni, 10 milyon əhalisi olan Azərbaycanın əsas hərbi qüvvəsi işğal olunan torpağın azad edilməsi istiqamətinə yönəldilib. Bu ordunun qarşısında durmaq üçün Ermənistan ən azı onun yarısı qədər – 50 min əsgəri Qarabağda saxlamağa məcburdur. Öz ərazisi də nəzərə alınsa, demək, Ermənistan ordusu rəsmi statistikada olan əhalisinin 3 faizə yaxınını orduya cəlb etməlidir.BMT-nin 2015-ci il rəsmi statistikasında Ermənistanda 3 milyon əhalinin olduğu barədə məlumatın özü şübhə altına alınıb. Belə ki, BMT-nin Əhali Fondunun Ermənistan ofisinin icraçı nümayəndəsi Qarik Ayrapetyan Ermənistanda 2,6 milyon əhali yaşadığını açıqlayıb. Bu məntiqlə Ermənistan faktiki olaraq əhalisinin 4 faizini orduya cəlb edir və əlbəttə ki, Qarabağdan çoxsaylı meyitlər daşımaqdadır. Bunun da sarsıdıcı nəticəsi özünü indidən göstərir.
Təsadüfü deyil ki, Qarabağda Dördgünlük müharibə zərbəsi alan Ermənistan yaşı 50-dən yuxarı olan şəxsləri səfərbər etməyə başladı. Azərbaycan isə nəinki peşəkar hərbçiləri orduya çağırdı, hətta ölkəmizin digər ərazilərində olan hissələrini belə cəbhə bölgəsinə dislokasiya etməyə ehtiyac görmədi.Bu mənada Qarabağ separatçıları daha acınacaqlı durumdadırlar. Belə ki, müharibənin davam etdiyi bu müddətdə Qarabağın erməni əhalisi hələ rəsmi statistikaya əsasən, 30 min nəfər azalıb və 150 minə düşüb. Qeyri-rəsmi statistika və reallıq isə ondan ibarətdir ki, Qarabağda hazırda heç 70 min erməni yaşamır.Belə çıxır ki, separatçı rejimin ən azı 700, ən çoxu isə 1500 terrorçusu ola bilər. Bu qüvvə Azərbaycanın işğal altında olan hər kəndinə bir silahlı separatçı qoymağa belə çatmır.

Qarik Ayrapetyan bir müddət öncə bildirmişdi ki, Ermənistanda əhalinin azalmasına səbəb doğum sayının azalması, miqrasiya və əhalinin qocalmasıdır. Onun sözlərinə görə, Ermənistanda bu gün doğum əmsalı 1,6-1,7 faizdir. Oğlan və qız göstəricilərini 50 faizlə hesablasaq, belə çıxır ki, Ermənistan doğulan oğlanın sayından təxminən 4 dəfə artığını orduya çağırmaq məcburiyyətindədir. Həmçinin, demoqraf Ruben Yeganyanın açıqladığı rəsmi statistikaya görə, hər il Ermənistanı 30 min insan tərk edir. Başqa sözlə, Ermənistanda hər il orta hesabla 42 min uşaq doğulursa, hər il ölkəni 30 min adam tərk edir; üstəlik, təbii ölümlər, qəzalar və Qarabağdakı itkilər…
Müqayisə üçün bildirək ki, münaqişənin başladığı ilk illərdə Ermənistan əhalisi 3,5 milyon, Azərbaycan əhalisi 7 milyon idi. Hazırda Azərbaycan əhalisi 10 milyona çatır və illik artım 110-120 min arasındadır.
BMT mütəxəssislərinin hesablamalarına görə, 2030-cu ilə qədər Ermənistanda dərin demoqrafik böhran qaçılmaz olacaq və yaxın onilliklərdə ölkə əhalisinin sayı 1,5 milyona qədər azalacaq.
  • Yazılıb
  • da (də) 2016 Apr 30
  • Göndərən مدير سايت Aran News