Deputatlardan biri Ankaranın Qarabağ məsələsi üzrə Azərbaycanın mövqeyini dəstəklədiyini nəzərə alaraq, hökumətə türk mallarının idxalına, qadağa qoymağı təklif edib.
AranNews- Ermənistan türk mallarının idxalına qadağa qoyulmasını nəzərdən keçirir.
bu barədə çərşənbə günü “hökumət saatı” zamanı parlamentdə çıxış edən Ermənistanın iqtisadiyyat naziri Artsvik Minasyan bildirib.
Deputatlardan biri ölkələr arasında diplomatik əlaqələrin olmadığını, eləcə də Ankaranın Qarabağ məsələsi üzrə Azərbaycanın mövqeyini dəstəklədiyini nəzərə alaraq, hökumətə türk mallarının idxalına, Türkiyədə istirahətə və ölkəyə birbaşa reyslərin həyata keçirilməsinə qadağa qoymağı təklif edib.
Nazir qeyd edib ki, baş nazirin göstərişi ilə İqtisadiyyat Nazirliyi bu məsələ üzrə müvafiq araşdırmalar aparır, keyfiyyət və rəqabət nöqteyi-nəzərindən erməni iqtisadiyyatına təhdid doğuran mallar ilk növbədə araşdılır.
Nazirin sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı çərçivəsində Ermənistanın Aİİ bazarının təhlükəsizliyini qorumaq məqsədilə bir sıra mallara sanksiyalar tətbiq edə biləcəyi vasitələr mövcuddur.
“Amma bütün məsələləri dəqiq hesablamaq lazımdır ki sosial ziyan dəyməsin. Bu yaxınlarda parlamentə baxılması üçün çıxarılacaq, dəqiq fəaliyyət proqramını təqdim edəcəyik”, – Minasyan deyib.