Bəhreyn hakimiyəti öz müxaliflərini gah əbədi həbs və gah da vətəndaşlıqdan silmək ilə cəzalandıdır.
Arannews- Bəhreynin Ali Xəlifə rejimi öz müxaliflərini gah əbədi həbs və gah da vətəndaşlıqdan silmək ilə cəzalandıdır. Elə bu yöndə Bəhreyn məhkəməsi 8 nəfəri terror ittihamı ilə ömürlük azadlıqdan məhrum etdi.
Bəhreyn cinayət məhkəməsi 8 nəfəri terrorçuluq ittihamı ilə ömürlük həbsə məhkum edib. Ömürlük azadlıqdan məhrum edilənlər 2015-ci ilin yanvarın 10-da paytaxt Manamanın Şaxura qəsəbəsində polis avtomobilinin yaxınlığında törədilən və polis əməkdaşlarının yaralanması ilə nəricələnən terror aktlarında günahkar bilinir. 8 nəfərdən 5-i partlayıcı maddələrin idxalı, digər 3-ü isə terror aktının təşkilatçısı olaraq ittiham ediliblər. Xatırladaq ki, 2011-ci ilin fevral ayından bəri Bəhreyndə Ali-Xəlifə hakimiyyətinə qarşı aksiyalar keçirilir. Yüzlərlə aksiyaçı müxtəlif ittihamlarla həbs edilib və ya vətəndaşlıqdan məhrum ediliblər.