ABŞ Əsədi devirmək üçün Suriyaya qeyri-qanuni hərbi müdaxilə edir və Amerika bu işi ilə Suriya dövlətinin hakimiyyət hüquqlarını pozur.
Arannews- Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ Əsədi devirmək üçün Suriyaya qeyri-qanuni hərbi müdaxilə edir və Amerika bu işi ilə Suriya dövlətinin hakimiyyət hüquqlarını pozur.Rusiyanın xarici işlər nazirliyi bəyaniyyə yayaraq bildirib ki, ABŞ-ın Suriyaya silahlı müdaxiləsi qeyri-qanunidir və Amerika bu işi ilə Suriya dövlətinin hakimiyyət hüquqlarını pozur.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsveçrənin "dagnes nayter" qəzetinə müsahibəsində deyib ki, Suriya dövləti torpaqlarına Əsəd hakimiyyətinin icazəsi olmadan hərbi müdaxilə etmək böyük səhv idi.
Sergey Lavrov dedi: Mən dəfələrlər amerikanın rəsmilərinə demişəm ki, sizin icazəsiz olaraq Suriya torpaqlarına qoşun yeritməniz böyük səhvdir. Onlar bu iş üçün BMT və Suriyanın icazəsini almalı idilər.
Qeyd edək ki, amerika son günlərdə Suriyaya 250 nəfər sıravi silahlı bölməsi göndərib.
Suriya 2011-ci ildən döyüş meydanına çevirilib və indiyədək yüz minlərlə insan şəhid edilib və milyonlar insan qaçqın düşüb.