İraq ordusu və könüllü xalq qüvvələri İŞİD terrorçularının mövqelərini bombardman ediblər.
Arannews- İraq ordusu isə əl-Ənbar əyalətində bir neçə kəndi terrorçuların işğalından azad edib.İraq ordusunun hava hücumlarında isə 15 terrorçunun öldürüldüyü bildirilir.
Başqa bir məlumata görə, İraq ordusu və könüllü xalq qüvvələri İŞİD terrorçularının Səlahəddini əyalətinin şimalında, Məkhul dağlarındakı mövqelərini bombardman ediblər. Bu əməliyyat zamanı terrorçulara məxsus bir neçə hərbi maşın və texnika sıradan çıxarılıb.