Tarix : 2016 Apr 30
Kod 48660

Suriya ordusu onlarla terrorçunu məhv edib

onlarla terrorçu öldürülüb, çoxlu sayda silah, hərbi sursat və təchizat məhv edilib.
Arannews- Suriya ordusunun Həma əyalətində həyata keçirdiyi əməliyatlar zamanı onlarla terrorçu öldürülüb.
Suriya ordusunun qüvvələri Ənnüsrə Cəbhəsi terrorçularının Həmanın şimal-qərbində yerləşən kəndlərdəki sığınacaqları və onların dəstək almaq üçün istifadə etdikləri yolları ağır hücuma məruz qoyublar.
Bu əməliyyatda onlarla terrorçu öldürülüb, çoxlu sayda silah, hərbi sursat və təchizat məhv edilib.
Suriya ordusu və müqavimət qüvvələri həmçinin, Suriyanın qərbində, Məan məntəqəsində Ənnüsrə Cəbhəsi terrorçularının qərargahını məhv ediblər. Bu əməliyyat zamanı terrorçulara məxsus bir ədəd zirehli maşın məhv edilib, 12 terrorçu isə öldürülüb.
Suriyadan daxil olan bir başqa məlumata görə, Suriya ordusu İŞİD terrorçularının Suriyanın cənubunda yerləşən Süveydə məntəqəsində ordu qüvvələrinin mövqelərinə qarşı hücumlarını önləyib.
Suriyanın təhlükəsizlik qüvvələri isə İsrail istehsalı olan minalar və hərbi sursat daşıyan bir avtomobili aşkar edərək, ələ keçiriblər.
Bu avtomobildə terrorçulara silah daşıyırmış.


  • Yazılıb
  • da (də) 2016 Apr 30
  • Göndərən مدير سايت Aran News