Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi Xəzər dənizində bu ölkəyə məxsus tankerin xilas edilməsində iştirakına görə Azərbaycandan dərin təşəkkürünü bildirib.
AranNews- Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi aprelin 23-də Xəzər dənizi akvatoriyasında bu ölkəyə məxsus “Palflot-2” tankerində yanğın başlanması ilə əlaqədar tankerin xilas edilməsində iştirakına görə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasına və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə dərin təşəkkürünü bildirir.
Azərbaycanın Xarici İşlər Nazirliyinə ünvanlanan və səfirliyin saytında yerləşdirilən məktubda belə deyilir.
Səfirliyin məktubunda deyilir: “Səfirlik fəlakətin öhdəsindən operativ gəlməyə kömək edən Azərbaycan mütəxəssislərinin vaxtında və təmənnasız köməyini yüksək qiymətləndirir, bu hadisəyə dostluq və qarşılıqlı dəstək prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin daha bir təzahürü baxır”.