İŞİD üzvləri – təhrif edilmiş İslamdır. Onların İslam adından çıxış etməyə heç bir haqqı yoxdur.
AranNews- İraqın məşhur ilahiyyatçısı, uləmalar şurasının sədri Şeyx Xalid Molla, Sankt- Peterburqda “Müsəlman mədəniyyəti günləri” çərçivəsində keçirilən “Bigiyev mühazirəsində” çıxış edib.
“Bizim xalqımıza din adı altında gizlənərək hücum ediblər, lakin həqiqətdə isə, onlar din haqda heç bir şey bilmirlər. Həmən insanlar (red. – terrorçular) Qurandan yalnız bir söz bilirlər – “Allahu əkbər”. Onlar İslam təlimlərini təhrif edərək, qətllər törədirlər. İŞİD üzvləri – təhrif edilmiş İslamdır. Onların İslam adından çıxış etməyə heç bir haqqı yoxdur. İŞİD – qəlb xəstəliyidir, mədəniyyət xəstəliyidir, fikir xəstəliyidir. Biz – müsəlmanlar, insanların qəlbini İŞİD kimi xəstəlikdən müalicə etməliyik. İŞİD bizim hamımıza qarşı yönəlmiş bir təhdiddir.”, – deyə iraqlı ilahiyyatçı bildirib.
Şeyx Xalid Molla İraqın məşhur sünni alimidir.