Tarix : 2016 May 02
Kod 48675

İstanbuldakı iğtişaşlarda 200-dən çox şəxs saxlanılıb

Türkiyə polisi İstanbulda 1 May nümayişindən sonra yaranan iğtişaşla bağlı 200 nəfəri saxlayıb.
AranNews- Əvvəlcədən elan olunmuşdu ki, Taksim meydanında yürüş keçirilməsinə icazə verilməyib. Yerli hakimiyyət həmkarlar ittifaqlarına aksiyanı aeroport yaxınlığındakı Bakırköy rayonunda keçirməyi məsləhət görmüşdü. Buna görə də polis aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə etməli olub.
“Bəzi qeyri-qanuni qruplar Beynəlxalq Həmrəylik Günündən istifadə edərək, Taksim meydanında icazə verilməyən yürüş keçirməyə, beləliklə, vətəndaşlarımızın əmin-amanlığına və təhlükəsizliyinə mane olmağa cəhd göstəriblər”, -deyə şəhər rəhbərliyinin yaydığı açıqlamada vurğulanıb.
Açıqlamada o da təsdiqlənib ki, polis 207 nəfəri saxlayıb. Nümayişçilərdən 40 ədəd “Molotov kokteyli” və 17 ədəd əl qumbarası götürülüb.

  • Yazılıb
  • da (də) 2016 May 02
  • Göndərən مدير سايت Aran News