İraqda baş verən terror aktları nəticəsində 60-dan çox insan şəhid olub və yaralanıb..
AranNews- İraqın cənubunda yerləşən Əl-Müsənna vilayətində içərisinə bomba yerləşdirilmiş iki ədəd avtomobilin partladılması nəticəsində 60-dan çox adam şəhid olub və yaralanıb.
Əlsəmavə şəhərində baş verən bu terror hadisəsində 23 nəfər şəhid olub, 40 nəfər isə yaralanıb.
Terrorçu İŞİD qruplaşması bu partlayışların məsuliyyətini öz üzərinə götürüb.