İranın Azərbaycandakı səfirliyi Tehranda qondarma erməni soyqırımının 101-ci ildönümü ilə bağlı aksiya keçirilməsi barədə yayılan məlumatları təkzib edib.
AranNews- İranın Azərbaycandakı səfirliyinin mətbuat şöbəsinin müdiri Məhəmmədrza Nəcəfi bildirib ki, Tehranda ermənilərin aksiya keçirmələri və Azərbaycan dövləti əleyhinə şüarlar səsləndirmələri barədə bəzi KİV-lər tərəfindən yayılan xəbərlər yalan və əsassızdır:
"Bəzi KİV-lər tərəfindən dövriyyəyə buraxılan bu kimi xəbərlər günü-gündən artan Tehran-Bakı münasibətlərinə kölgə salmaq məqsədi daşıyır”.
Daha sonra səfirik rəsmisi mediaya da müraciət edərək, KİV nümayəndələrini dəqiq xəbərlər yaymağa və İran-Azərbaycan münasibətlərinin inkişafında müsbət rola malik olmağa çağırıb.