Tarix : 2016 May 02
Kod 48684

tanınmış Quran qarisi dünyasını dəyişdi

Küveytin məşhur Quran ustadı, qari, hafiz və Quran fəaliyyətləri üzrə fəal Həmid Murad Əşkinani vəfat etdi.
AranNews- Həmid Murad Əşkinani – Küveytin tanınmış Quran ustadı və qarisi, həftənin Cümə günü, Mart ayının 29-da ömrünün 61-ci baharında fani dünyaya əlvida dedi.
Küveytin məşhur Quran ustadı, qari, hafiz və Quran fəaliyyətləri üzrə fəal Həmid Murad Əşkinani həm də İran İslam Respublikasının Beynəxlalq Quran Yarışlarının 32-ci turunun hakimlər heyətinin üzvü idi.
Həmid Murad Əşkinani miladi tarixlə 1955-ci ildə Küveytdə anadan olmuşdu. İşıq energetikası üzrə mühəndis idi. 1970-ci ildən başlayaraq məşhur ustadların qiraətlərinə qulaq asmağa başlayır. Misirli qarı Şeyx Məhəmməd Siddiq Minşavinin qiraətini həmişəlik qulaq asmaq və təqlid üçün seçir. 1984-cü ildən 1990-cı ilə qədər Küvetin İslami İşlər və Vəqflər İdarəsinin nəzdində fəaliyyət göstərən Darul-Quranda Quran dərslərini öyrənməyə başlayır. Sonra isə Küveytin tanınmış qariləri olan Əbdüs-Səlam Həbus və Məhəmməd Cövhərdən qiraət və tilavət təlimi barədə diplom ala bilir. Daha sonra isə 2006-cı ildə Şatibiyyə qiraət növü barədə Əbdür-Rəzaq ibn Musadan şəhadətnamə alır.
O, 1979 – cu ildə Küveytin Dəsmə şəhərinin Ən-Nəqi məscidində Ramazaniyyə Quran məclislərini təsis edib. Hər həftnənin Cümə günləri Küveytin Bəyan rayonunda "İmam Həsən (ə) məscidi"ndə təcvid dərsləri və həftədə bir dəfə İmam Baqir (ə) və "Həzrət Zəhra" məscidlərində Quran dərsləri deyirdi.
Bu tanınmış Qurani ustadınin fəvatı münasibəti ilə bütün müsəlmanlara başsağlığı deyirik.    


  • Yazılıb
  • da (də) 2016 May 02
  • Göndərən مدير سايت Aran News