Tarix : 2016 May 02
Kod 48685

İŞİD-in Orta Asiya planı

İŞİD terrorçuları regionun mübahisəli potensialından istifadə edərək, Orta-Asiyada möhkəmlənmək istəyirlər.
AranNews- Rusiyanin Baş Kəşfiyyat İdarəsinin rəis-müavini Sergey Afanasyev bildirib ki, İŞİD terrorçuları regionun mübahisəli potensialından istifadə edərək, Orta-Asiyada möhkəmlənmək istəyirlər.
Onun sözlərinə görə, İŞİD millətlərarası və dinlərarası münaqişələrin kəskinləşməsindən istifadə etmək istəyirlər.
Bundan əlavə, Afanasyev qeyd edib ki, terrorçular Əfqanıstan və bəzi region ölkələri ərazilərində təlim düşərgələrinin böyük bir şəbəkəsini yaradırlar.
Qeyd etmək lazımdır ki, İŞİD cərgələrində Özbəkistandan 500, Tacikistandan isə 1000-dən çox terrorçu vuruşur.


  • Yazılıb
  • da (də) 2016 May 02
  • Göndərən مدير سايت Aran News