Tarix : 2016 May 03
Kod 48686

Ərəbistan Suriya böhranının həll edilməsini istəmir

Ərəbistan Suriya böhranının həll edilməsini istəmir Və təkfirçi terrorçular Suriyada Ərəbistan silahları hesabına savaşır.
AranNews- Livan Hizbullahının İcra Şurasının sədr müavini Suriyanın Hələb şəhərində törədilən qırğınlara görə Ərəbistanın məsuliyyət daşıdığını bildirib.
Nəbil Qavuq dünən deyib: Ərəbistan bu gün Hələbdə törədilən qırğınlara görə 1 nömrəli müttəhimdir. Çünki, əl-Qaidə və təkfirçi terrorçuları maliyyələşdirir və silahlandırır.
Qavuq əlavə edib: Ərəbistan Suriya böhranının həll edilməsini istəmir. Və artıq heç kəs üçün sirr deyil ki, Ənnüsrə Cəbəsi Suriyada Ərəbistan silahları hesabına savaşır.
O, daha sonra deyib: sionist rejimi Yəmən və İraqda müharibə odunu alvolandırmasına görə Ərəbistandan razıdır.
Qavuq əlavə edib: Ərəbistanın Livan Hizbullahına qarşı fitnələri heç vaxt müqavimət iradəsini sındıra bilməz.

  • Yazılıb
  • da (də) 2016 May 03
  • Göndərən مدير سايت Aran News