sionist rejim hərbçiləri həbsdə olan fələstinliləri müxtəlif qeyri-insani metodlarla işgəncə ediblər.
AranNews- Sionist dairələr bu rejimin hərbçilərinin 3 fələstinli gənci vəhşicəsinə işgəncə etdiklərini bildiriblər.sionist rejim hərbçiləri Qəzzə zolağı sakini olan 3 fələstinli gənci həbs etdikdən və onları dindirmə mərkəzlərinə apardıqdan sonra, müxtəlif qeyri-insani metodlarla onları işgəncə ediblər.
Fələstin Uşaqlarını Müdafiə Beynəlxalq Hərəkatı da sionist rejim həbsxanalarında fələstinli uşaqların 76 faizinin işgəncəyə məruz qaldığını bildirərək əlavə edib: Bu rejimin hərbi məhkəmələri adətən fələstinli uşaqlardan işgəncə altında etiraf alırlar.
Hal-hazırda təxminən 7000 fələstinli sionist rejim həbsxanalarında ağır şəraitdə məhbusdur.
Fələstinli əsirlərə dəhşətli işgəncələr, adətən onların əlacı olmayan xəstəliklər və daimi əlil olmaları ilə nəticələnir.