Nardaran ağsaqqalı Kərbəlayi Natiq Kərimovun barəsində seçilmiş qətimkan tədbirinin müddəti uzadılıb.
AranNews- aprelin 30-da Səbael rayon Məhkəməsində Natiq Kərimovun barəsində seçilmiş başqa yerə getməmə haqqında qətimkan tədbirinin müddəti uzadılıb.
Vəkil Əyyub Ələkbərovun verdiyi xəbərə görə, məhkəmə qətimkan tədbirini 3 ay uzadıb.
Qeyd edək ki, Natiq Kərimov bu ilin yanvar ayında DTX əməkdaşları tərəfindən həbs olunmuş, sonradan həbs ev dustağlığına dəyişdirilmişdi.